Yuxarı
    Bağlamaq

    Goranboyda yol qəzası nəticəsində yaşlı qadın xəsarət alıb

    Qəza zamanı iki avtomobil toqqusub

    Bakı. 15 aprel. REPORT.AZ/ Goranboy rayonunun Səfikürd kəndində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qərb bürosu xəbər verir ki, iki maşının toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 51 yaşlı rayon sakini Səadət Nəsirova xəsarət alıb.

    Yaralı Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Qadının vəziyyəti normalaşdığından o, ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi