Goranboyda yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Goranboyda yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb - YENİLƏNİB-2 Qəza zamanı yaralanan 7 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib
Hadisə
21 Noyabr , 2017 21:11
Goranboyda yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Goranboy. 21 noyabr. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş ağır yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, 2010-cu il təvəllüdlü Goranboy rayon sakini Nicat Əliyev xəstəxanaya aparılarkən yolda keçinib.

Daha 2 yaralı oğlan uşağının özəl xəstəxanaya köçürüldüyü bildirilir.

***20:13

Goranboy. 21 noyabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası nəticəsində yaralananların sayı 13 nəfərə çatıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, daha 4 yaralı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb.

Qəza nəticəsində sərnişinlərdən biri, Goranboy rayonunun Kələk kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Novruz oğlu Məmmədov şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.

Artıq yaralananlardan 8-nin adı məlum olub. Bunlar aşağıdakılardır: 

Orxan Sərvan oğlu Süleymanov (1997)

Şəbnəm Sabit qızı Quliyeva (1999)

Sadəgül Həsən Qızı Bayramova (1991)

Nüşabə Məmmədova (1988)

Ramin Nazim oğlu Əliyev (1986)

Hüseyn Sadiq oğlu Quliyev (2002)

Şəbnəm Mehman Qızı (1992)

Kənan Novruz oğlu Məmmədov (2003)


*** 19:36

Goranboy rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 10-dan çox adam yaralanıb. Onlardan biri, Kələk kənd sakini Şəbnəm Mehmanqızı və 2 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi