Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub.
Hadisə
25 Fevral , 2019 16:39
Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub.


10:43

Goranboy. 25 fevral. REPORT.AZ/ Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılardan 3 nəfər, Tərtər rayon sakinləri - Əliyev Musa Cəlal oğlu (1967), Əliyeva Aygün İsmayıl qızı (1977) və Babayeva Ülviyə Adil qızı (1984) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Daha 2 nəfər - Bayramov İdris Oruc oğlu və Babayev Ramin Qənbər oğlu isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin 2 nəfərin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.


9:35

Goranboy. 25 fevral.  REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb. 

İlkin məlumata görə, yol qəzası zamanı 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi