Goranboyda yol qəzası baş verib, yaralanan var

Goranboyda yol qəzası baş verib, yaralanan var Goranboy. 27 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 Sentyabr , 2018 20:27
Goranboyda yol qəzası baş verib, yaralanan var

Goranboy. 27 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Goranboy rayon Qızılhacılı kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Əli oğlu Rüstəmov ağır bədən xəsarəti alıb. Yaralı öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi