Goranboyda avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub - YENİLƏNİB

Goranboyda avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub - YENİLƏNİB Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın piyadaların şəxsiyyətləri məlum olub.
Hadisə
9 Aprel , 2019 12:27
Goranboyda avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub - YENİLƏNİB
0 : 00
0 : 00

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın piyadaların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı kənd sakinləri, 1988-ci il təvəllüdlü Nərgiz Nizami qızı Mustafayeva, 1990-cı il təvəllüdlü Gülanr Elxan qızı Qasımova və onun qızı 2015-ci il təvəllüdlü Mədinə Elşən qızı Əliyevanı vurub. 

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Qəza zamanı 4 yaşlı M.Əliyeva yüngül, digər yaralılar isə ağır bədən xəsarətləri alıblar. 


10:47

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən iki qadını avtomobil vurub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi