Goranboy. 12 fevral. REPORT.AZ/ Gecə saatlarında Goranboyda yanğın hadisəsi baş verib.
“Report”un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Balakürd kəndində Vüsal Həsənova məxsus həyətyanı sahədə yerləşən ümumi sahəsi 78 m2-lik yardımçı tikilidə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb. Yanğın zamanı yardımçı tikilidə saxlanılan minə yaxın cücə tüstü və alovun təsirindən tələf olub. Hadisənin başvermə səbəbləri araşdırılır.