Goranboyda usta tikilidən yıxılaraq ölüb

Goranboyda usta tikilidən yıxılaraq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Sentyabr , 2017 17:20
Goranboyda usta tikilidən yıxılaraq ölüb

Goranboy. 7 sentyabr. REPORT.AZ/ Goranboyda usta bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.  

Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Faiq Bahadur oğlu Məmmədov tikintidə işləyən zaman hündürlükdən yıxılaraq ağır xəsarət alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi