Goranboyda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB Goranboy. 11 iyun. REPORT.AZ/ Goranboy rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub.
Hadisə
565
11 İyun , 2018 19:51
Goranboyda tapılan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Goranboy. 11 iyun. REPORT.AZ/ Goranboy rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Həsən oğlu Əmirəliyevdir. 

İlkin məlumatlara görə, "Suqovuşan" deyilən ərazidə arıçılıqla məşğul olan bu şəxs ehtiyatsızlıqdan yıxılaraq başından ağır xəsarət almaqla ölüb.

Meyit çay yaxınlığında aşkarlanıb. Dünən həmin ərazidə güclü leysan xarakterli yağış yağıb və ilkin ehtimallara görə, çaydan keçmək istəyən zaman güclü sel suyu onu aparıb və başından xəsarət alıb. Həmin şəxsi tanıyanlar onun səhhətində problem olduğunu da bildiriblər.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 17:15

Goranboy rayonunda naməlum kişinin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit rayonun Todan kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar edilib.

Sakinlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Əraziyə Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) və Xocalı Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.  

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi