Goranboyda sürücünün ölümü ilə bağlı cinayət işi başlanılıb

Goranboyda sürücünün ölümü ilə bağlı cinayət işi başlanılıb Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hadisə
12 Noyabr , 2021 09:29
Goranboyda sürücünün ölümü ilə bağlı cinayət işi başlanılıb
0 : 00
0 : 00

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 11-i saat 17 radələrində Gəncə-Bakı yolunun rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hacıyev Timur Daşqın oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil 1962-ci il təvəllüdlü Rüstəmov Abdulxaliq Mamed oğlunun idarə etdiyi “OKA” markalı maşınla toqquşub. Nəticədə sürücü A.Rüstəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi