Goranboyda sürücü sükan arxasında ürək tutmasından ölüb

Goranboyda sürücü sükan arxasında ürək tutmasından ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Sentyabr , 2017 13:30
Goranboyda sürücü sükan arxasında ürək tutmasından ölüb

Goranboy. 7 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda sürücü sükan arxasında ürək tutmasından ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini 1948-ci il təvəllüdlü Həsən Məhəmməd oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman halı dəyişib. Sürücü avtomobilini yolun kənarına çəkib. Yaxınlıqda olan sakinlər Təcili Tibbi Yardım Stansiyasına məlumat veriblər. Hadisə yerinə gələn həkimlər sürücünün öldüyünü görüblər. Sürücünün sükan arxasında infarkt keçirərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi