Goranboyda su arxının kənarında top mərmisi aşkar olunub

Goranboyda su arxının kənarında top mərmisi aşkar olunub Mərmi götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nin məhvetmə ərazisinə daşınıb
Hadisə
15 Sentyabr , 2017 02:20
Goranboyda su arxının kənarında top mərmisi aşkar olunub
Foto: ANAMA

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində partlamamış hərbi sursat aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su arxının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 100 mm-lik top mərmisi (O-415) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi