Goranboyda şagirdin məktəbə gətirdiyi qumbara polisə təhvil verilib

Goranboyda şagirdin məktəbə gətirdiyi qumbara polisə təhvil verilib Kənd sakini olan başqa bir şagirdin evindən də bir dədə “F-1” qumbarası aşkar edilərək götürülüb
Hadisə
7 Oktyabr , 2015 14:33
Goranboyda şagirdin məktəbə gətirdiyi qumbara polisə təhvil verilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda şagird məktəbə qumbara gətirib. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. 

Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirmişdir. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi