Yuxarı

​Goranboyda restoran yanıb, müştərilər təxliyə olunub

​Yanğının səbəbləri araşdırılır

Goranboy. 20 iyul. REPORT.AZ/ Goranboy rayonunun Dəliməmmədli şəhərində restoran yanıb. 

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın zamanı restoranda olan müştərilər və işçilər təxliyə olunublar. 

Hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Xidmətinin iki, Gəncə şəhər Yanğından Mühafizə Xidmətinin isə bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısını almaq mümkün olmayıb. Hazırda yanğın davam edir. 

Yanğının səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi