Goranboyda qəza törədən sürücünün məhkəməsi başlayıb

Goranboyda qəza törədən sürücünün məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda 1 nəfərin ölümü, 3 nəfərin yaralanmasına səbəb olan sürücü Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
24 May , 2019 13:32
Goranboyda qəza törədən sürücünün məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda 1 nəfərin ölümü, 3 nəfərin yaralanmasına səbəb olan sürücü Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elmin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, “Suzuki” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb.

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Son xəbərlər

Orphus sistemi