Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaradıb - FOTO

Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaradıb - FOTO Bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar
Hadisə
12 Noyabr , 2017 23:33
Goranboyda qatı duman avtomobillərin hərəkətində çətinlik yaradıb - FOTO
Report

Goranboy. 12 noyabr. REPORT.AZ/ Goranboyda qatı duman nəqliyyatın hərəkətində problem yaradıb.

“Report”un Qərb bürosunun məlumatına görə, gün ərzində rayon ərazisində müşahidə olunan dumanlı hava şəraiti axşam saatlarından etibarən daha da kəskinləşib.

Qatı duman səbəbindən rayon ərazisində, Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində, həmçinin Tərtər, Naftalan istiqaməti ilə gedən avtomobillərin hərəkətində çətinlik yaradıb. Nəticədə sürücülər maşınların sürət həddini aşağı endirmək məcburiyyətində qalıblar.

Goranboyun bir neçə kənd yollarında görüntü son dərəcə məhdudlaşdığı üçün bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar.

Son xəbərlər

Orphus sistemi