Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
271
12 Oktyabr , 2021 21:04
Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır
0 : 00
0 : 00

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1960-cı il təvəllüdlü Kəmalə İsmayılovanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilki tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi