Yuxarı

Goranboyda "Priora" aşıb, sürücü ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 8 fevral. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə fevralın 7-də rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Mahir Mirzəbəyov idarə etdiyi "Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü M.Mirzəbəyov  hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi