Goranboyda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Goranboyda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb Goranboy. 24 iyul. REPORT.AZ/ Goranboy rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
24 İyul , 2018 10:09
Goranboyda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb
0 : 00
0 : 00

Goranboy. 24 iyul. REPORT.AZ/ Goranboy rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iyulun 20-də Goranboy rayonun Xan Qərvənd kənd yolunda piyada, 1956-cı il təvəllüdlü Rüstəmov Zirəddin Əli oğlunu "VAZ-2103" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü, Kamal Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində piyada, Z.Rüstəmov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Son xəbərlər

Orphus sistemi