Goranboyda piyadanı vuraraq ölüdürən sürücü saxlanılıb - YENİLƏNİB

Goranboyda piyadanı vuraraq ölüdürən sürücü saxlanılıb - YENİLƏNİB Goranboy. 25 iyun. REPORT.AZ/ Goranboy rayonunda 78 yaşlı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Hadisə
25 İyun , 2018 09:11
Goranboyda piyadanı vuraraq ölüdürən sürücü saxlanılıb - YENİLƏNİB

Goranboy. 25 iyun. REPORT.AZ/ Goranboy rayonunda 78 yaşlı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1976-cl il təvəllüdlü Faiq Zülfüqar oğlu Kazımov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 78 yaşlı N.Rüstəmovu vuraraq öldürüb. Hadisədən sonra sürücü F.Kazımov saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***1:18

Goranboy. 25 iyun. REPORT.AZ/ Goranboy rayonunda 78 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaramusalı kənd sakini, 1940-cı il təvəllüdlü Nadir Rüstəmovu yolu keçmək istəyərkən maşın vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi