Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - YENİLƏNİB

Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Dekabr , 2018 23:44
Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - YENİLƏNİB

Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboyda baş verən yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu səbəbdən magistralda tıxac yaranıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.

Bundan əlavə, mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.


*** 21:58

Goranboy. 18 dekabr. REPORT.AZ/ Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayonunun Lüksemburq kənd sakini, 1948-ci il təvəllüdlü Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə orta yaşlı kişini avtomobil vurub.

Son xəbərlər

Orphus sistemi