Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO - YENİLƏNİB

Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO - YENİLƏNİB Goranboy. 7 mart. REPORT.AZ/ Goranboy rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır.
Hadisə
7 Mart , 2019 13:54
Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır - FOTO - YENİLƏNİB

Goranboy. 7 mart. REPORT.AZ/ Goranboy rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır. 

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Belə ki, martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy rayon Polis şöbəsinə və (022) 245-30-72; (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


*** 13:24

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Borsunlu qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Təxminəm, 50-55 yaşlı kişini piyada avtomobil vuraraq öldürüb. Hazırda ölən şəxsin və hadisəni törədən sürücünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi