Yuxarı

​Goranboyda partlayış olub, dörd nəfər xəsarət alıb

Təbii qazın sızmasından ani partlayış baş verib

Bakı. 30 mart. REPORT.AZ/ Goranboy rayonunda partlayış olub.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti almış N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi