Goranboy. 7 dekabr. REPORT.AZ/ Goranboy rayonunda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə yerinə Goranboy və Naftalan şəhərlərindən 6 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.
Nəticədə məntəqədə yığılan və hər biri təqribən 300 ton olan 4 pambıq tayası yanıb. Yanğınsöndürənlər alovun digər pambıq tayalarına keçməsinin qarşısını alıblar.
Hadisənin başvermə səbəbləri və dəyən ziyan araşdırılır.