Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırmalara başalanılıb
Hadisə
19 İyul , 2017 12:26
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib
Report

Bakı. 19 iyul. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un  məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. 

Nəticədə sürücü və avtomobildə olan iki sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan Sahibə Hacıyeva orada ölüb. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi