Goranboyda oğurluqla məşğul olan şəxslər saxlanılıb

Goranboyda oğurluqla məşğul olan şəxslər saxlanılıb Goranboy rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
12 Mart , 2019 01:04
Goranboyda oğurluqla məşğul olan şəxslər saxlanılıb

Goranboy rayonunda oğurluq edən şəxslər saxlanılıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Nərimanlı kənd sakinləri polis şöbəsinə müraciət edərək, onlara məxsus torpaq sahələrinin birindəki subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqillərin bir hissəsinin kəsilərək oğurlandığını bildiriblər.

Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Mahir Əliyev saxlanılıb. Daha sonra onun həmin gün şəhər ərazisində digər bir torpaq sahəsindən də analoji oğurluq etməsi müəyyənləşib. Digər oğurluq hadisəsi yük avtomobilindən edilib.

Rayonun Quşçular kənd sakini S.Quliyev özünə məxsus "Sachman" markalı yük avtomobilinin ehtiyat hissələrinin naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlandığını bildirib. Bu istiqamətdə keçirilən axtarış tədbirləri nəticəsində oğurluqda həmçinin şübhəli bilinən Gəncə şəhər sakinləri T.HəsənovR.Hüseynov saxlanılıb. Oğurlanmış ehtiyat hissələrinin bir hissəsi maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi