Goranboyda oğurluq hadisəsi baş verib

Goranboyda oğurluq hadisəsi baş verib Təhlə kəndində artezian quyusunun naqillərinin 100 metrdən artıq hissəsi oğurlanıb
Hadisə
1165
16 Mart , 2017 23:10
Goranboyda oğurluq hadisəsi baş verib
Foto: "Report"

Goranboy. 16 mart. REPORT.AZ/ Goranboy rayonunda oğurluq hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Təhlə kəndi ərazisində subartezian quyusunun misdən olan elektrik kabelləri axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Belə ki, kənd sakini Rafael Muradovun istifadə etdiyi artezian quyusunun naqillərinin 100 metrdən artıq hissəsi - yolun kənarındakı artezian qurğusunu işə salmaq üçün transformatordan ayrılan 3 eyni ölçülü, işə salan mexanizm və su nasosuna birləşdirilən mis naqillər kəsilərək aparılıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi