Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var - YENİLƏNİB

Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var - YENİLƏNİB Goranboy. 22 iyul. REPORT.AZ/ Goranboyda baş vermiş yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
22 İyul , 2018 23:22
Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var - YENİLƏNİB
Foto: "Report"

Goranboy. 22 iyul. REPORT.AZ/ Goranboyda baş vermiş yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Məmmədov Şəmsi Xasay oğlu (1982-ci il təvəllüdlü), Məmmədov Şəmistan Bahadur oğlu (1979-cu il təvəllüdlü) və Həsənov Ziyad Qaytaran oğlu (1976-cı il təvəllüdlü) xəsarət alıblar. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hər üçünün vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:12

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xan Qərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "Ford" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi