Goranboyda minik maşını aşıb, sürücü xəsarət alıb

Goranboyda minik maşını aşıb, sürücü xəsarət alıb Goranboy. 4 iyul. REPORT.AZ/ Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 İyul , 2018 07:39
Goranboyda minik maşını aşıb, sürücü xəsarət alıb

Goranboy. 4 iyul. REPORT.AZ/ Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobil Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli kəndi ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.

Nəticədə Gəncə şəhərindən olan 1963-cü il təvəllüdlü sürücü Zeynalov Məzahir Məhərrəm oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi