Goranboyda minik avtomobili yük maşınına çırpılıb, ağır xəsarət alan var

Goranboyda minik avtomobili yük maşınına çırpılıb, ağır xəsarət alan var Hadisə rayonunun Borsunlu kəndi yaxınlığında baş verib
Hadisə
22 Oktyabr , 2017 20:23
Goranboyda minik avtomobili yük maşınına çırpılıb, ağır xəsarət alan var

Goranboy. 22 oktyabr. REPORT.AZ/ Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb.

Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayon Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mirgəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi