Goranboyda minik avtomobili yük maşını ilə toqquşub

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub Nəticədə ata və oğlu yaralanıb
Hadisə
14 İyun , 2018 22:50
Goranboyda minik avtomobili yük maşını ilə toqquşub

Goranboy. 14 iyun. REPORT.AZ/ Goranboy rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Xoylu-Qaradağlı yolunda "VAZ-2107" markalı avtomobil ilə yük maşınının toqquşması zamanı "VAZ" sürücüsü və onun azyaşlı oğlu müxtəlif bədən xəsarətləri alıb.

1983-cü il təvəllüdlü sürücü Cəfərov İlyas Cingiz oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onun oğlu, Qaradağlı kənd sakini, 2007-ci il təvəllüdlü Xəyyam İlyas oğlu Cəfərov isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi