​Goranboyda minik avtomobili yanıb

​Goranboyda minik avtomobili yanıb Hadisə rayonun Rəhimli kəndində baş verib
Hadisə
29 İyun , 2015 01:10
​Goranboyda minik avtomobili yanıb

Bakı. 29 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında Goranboyun Rəhimli kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində yerli sakinə məxsus həyətyanı sahəyə yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu, yaxınlıqda olan “VAZ” markalı minik avtomobilinin salonu və təkəri yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi