Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb.
Vüqar Qasımovun idarə etdiyi minik avtomobili pampıq sahəsindən yola çıxan traktora çırpılıb. Qəza nəticəsində V.Qasımov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.