Goranboyda minik avtomobili motosikletlə toqquşub - FOTO

Goranboyda minik avtomobili motosikletlə toqquşub - FOTO Hadisə nəticəsində 2 nəfər yaralanıb
Hadisə
13 Aprel , 2018 21:05
Goranboyda minik avtomobili motosikletlə toqquşub - FOTO

Goranboy. 13 aprel. REPORT.AZ/ Goranboy rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı - Boluslu yolunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

Bunlar motosikletin 1996-cı il təvəllüdlü sürücüsü Əliyev Əfqan Çingiz oğlu və onun 1990-cı il təvəllüdlü sərnişini Mehdiyeva Lalə Kitay qızıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi