Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var

Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Dekabr , 2016 12:49
Goranboyda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var

Goranboy. 17 dekabr. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Belə ki, kənd sakini Əli Bağırov idarə etdiyi "VAZ-2107" minik avtomobili traktorla toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi