Goranboyda yeniyetməni öldürməkdə anası və başqa bir şəxs şübhəli bilinir

Goranboyda yeniyetməni öldürməkdə anası və başqa bir şəxs şübhəli bilinir Goranboy rayonunda naməlum meyit aşkarlanıb.
Hadisə
22 Avqust , 2021 20:00
Goranboyda yeniyetməni öldürməkdə anası və başqa bir şəxs şübhəli bilinir

Goranboyda 11 yaşlı Fərid Təhməzovu öldürməkdə anası və onunla birgə yaşayan şəxs şübhəli bilinir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Goran qəsəbəsində qamışlıq ərazidə meyti tapılan 11 yaşlı F.Təhməzovun ölümündə onun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədov şübhəli bilinir.

İlkin məlumata görə, onlar F.Təhməzovu döyüb öldürərək, yeniyetmənin meyitini Goran ərazisindəki qamışlığa atıblar.
Qeyd edək ki, qadın polisə oğlunun aşura günü Gəncəyə getdiyini və həmin gündən itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

19:34

Goranboyda meyiti tapılan yeniyetmənin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

19:15

Goranboy rayonunda naməlum meyit aşkarlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goran qəsəbəsində tapılan meyit tibbi ekspertizaya aparılıb.

Onun şəxsiyyəti və ölüm hadisəsinin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi