Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb - FOTO Hadisə Yevlaxa qonaq gedən ailənin evində baş verib
Hadisə
28 Aprel , 2017 08:48
Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Goranboy. 28 aprel. REPORT.AZ/ Ötən gecə Goranboyun Qızılhacılı qəsəbəsində oğurluq hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, oğurluq Ziya Abdullayevin evində qeydə alınıb.

İri dəmir parçası ilə qapını qırıb evə daxil olan şəxs və ya şəxslər mənzil sahibi Gülnar Abdullayevaya məxsus qızıl boyunbağı və 2 üzüyü oğurlayıblar. Abdullayevlər səhər saatlarında Yevlaxdan qayıdan zaman mənzilin qapısının sındırıldığını, otaqdakı əşyaların dağınıq olduğunu görüblər. G.Abdullayeva ikiotaqlı evin yalnız birinin hədəf seçildiyini deyir. Oğrular həyətdəki iti də vuraraq huşsuz vəziyyətə salıblar. Hadisə yerinə polis əməkdaşları baxış keçirib. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi