Goranboyda məktəblini avtomobil vurub

Goranboyda məktəblini avtomobil vurub Goranboy. 8 noyabr. REPORT.AZ/ Goranboy rayonunda piyadanı avtomobil vurub.
Hadisə
8 Noyabr , 2018 20:26
Goranboyda məktəblini avtomobil vurub

Goranboy. 8 noyabr. REPORT.AZ/ Goranboy rayonunda piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Rzazadə Gülay Cəlal qızını avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada sürücü tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, G.Rzazadə 1-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi