Goranboyda toya gedən musiqiçilərin maşını dərəyə aşıb

Goranboyda toya gedən musiqiçilərin maşını dərəyə aşıb Hadisə nəticəsində 2 nəfər yaralanıb
Hadisə
3 Sentyabr , 2017 17:21
Goranboyda toya gedən musiqiçilərin maşını dərəyə aşıb

Goranboy. 3 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd kəndində baş verib.

Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı "99-GB-781" olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi