Goranboyda maşın atı vuraraq aşıb, 3 nəfərə xəsarət alıb - FOTO - YENİLƏNİB

Goranboyda maşın atı vuraraq aşıb, 3 nəfərə xəsarət alıb - FOTO - YENİLƏNİB Goranboy. 20 sentyabr. REPORT.AZ/ Goranboy rayonunun İravanlı kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
20 Sentyabr , 2018 02:10
Goranboyda maşın atı vuraraq aşıb, 3 nəfərə xəsarət alıb - FOTO - YENİLƏNİB

Goranboy. 20 sentyabr. REPORT.AZ/ Goranboy rayonunun İravanlı kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun veridyi məlumata görə, qəza zamanı rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb.


***23:18

Goranboy. 19 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun İravanlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub. Nəticədə avtomobil iadrəetmdən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi