Goranboy rayonunda mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2 000 manat və oradakı seyfdən 4 000 manat oğurlamaqda şübhəli bilinən Sarovlu kənd sakini A.Qiyaslı və Göygöl rayon sakini B.Məmmədov saxlanılıb.