Yuxarı

Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb

Goranboy. 4 yanvar. REPORT.AZ/ Goranboyda kütləvi dava olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb. 

Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. A.Hətaminin vəziyyəti ağırdır. 

Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, dava Dəlməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


***22:44

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, şəhərin şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 20-23 yaşlı sakini bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi