Yuxarı

Goranboyda torpaq üstündə düşən kütləvi dava nəticəsində 1 nəfər xəsarət alıb

Goranboyda torpaq üstündə düşən kütləvi dava nəticəsində 1 nəfər xəsarət alıb

Yaralının vəziyyəti orta-ağırdır

Goranboy. 27 mart. REPORT.AZ/ Axşam saatlarında Goranboy rayonunun Meşəli kəndində kütləvi dava baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə həmin kəndin 1995-ci il təvəllüdlü sakini Salmanov Əlimşah Şahmirzə oğlu başından ağır xəsarət alıb.

Dostlarının köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Goranboy rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, baş vermiş kütləvi davaya torpaq sahəsi üstündə yaranmış mübahisə səbəb olub.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi