Goranboyda kömür tüstüsü və dərmandan 2 qadın zəhərlənib - ƏLAVƏ OLUNUB

Goranboyda kömür tüstüsü və dərmandan 2 qadın zəhərlənib - ƏLAVƏ OLUNUB Hadisələr şəhərdə və rayonda baş verib
Hadisə
10 Yanvar , 2018 21:46
Goranboyda kömür tüstüsü və dərmandan 2 qadın zəhərlənib - ƏLAVƏ OLUNUB

Goranboy. 10 yanvar. REPORT.AZ/ Goranboyda kömür tüstüsü və dərmandan 2 qadın zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk hadisə şəhərin özündə qeydə alınıb.

Kirayədə yaşayan 1987-ci il təvəllüdlü Gülanə Qarayeva qızdırıcı sobada istifadə etdiyi kömürün tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Goranboy rayonunda yaşanan analoji hadisə zamanı isə 1998-ci il təvəllüdlü yerli sakin A.Məmmədova yaşadığı evdə eyni adda 17 ədəd ağrıkəsici dərman içərək baş verib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi