Goranboy. 21 yanvar. REPORT.AZ/ Goranboy rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə "Report"un Qərb bürosuna
Goranboy rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xanqərvənd kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Arzu Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən qanunsuz yolla satış məqsədilə əldə edib saxladığı 2,2 qram qurudulmuş marixuana həmçinin onun əlində olan ağ rəngli sintetik kisədən qanunsuz yolla satış məqsədilə əldə edib saxladığı 1,540 kiloqram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs həmin narkotik vasitəni Xanqərvənd kəndi ərazisində gizlətdiyini və şəxsi istifadəsi üçün yaşadığı ünvana aparmaq istədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.