Goranboyda iş icraçısı Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən döyülüb

Goranboyda iş icraçısı Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən döyülüb Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil
Hadisə
22 Fevral , 2018 00:21
Goranboyda iş icraçısı Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən döyülüb

Goranboy. 21 fevral. REPORT.AZ/ Goranboy rayonunda iş icraçısı döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi