Goranboyda ilanlar evlərə hücum edib - FOTO

Goranboyda ilanlar evlərə hücum edib - FOTO Goranboy. 24 aprel. REPORT.AZ/ Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.
Hadisə
143
24 Aprel , 2018 20:29
Goranboyda ilanlar evlərə hücum edib - FOTO
Report

Goranboy. 24 aprel. REPORT.AZ/ Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.

"Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - o deyib. 

Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.

Son xəbərlər

Orphus sistemi