Yuxarı
    Bağlamaq

    Goranboyda toqquşan iki avtomobildən biri piyadanı vuraraq öldürüb - ƏLAVƏ OLUNUB - FOTO

    Faktla bağlı araşdırma aparılır© "Report"

    Goranboy. 11 avqust. REPORT.AZ/ Goranboyda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızıl Hacılı kənd ərazisində baş verib. 

    Məlumata görə, kənd ərazisində "10-LL-351" və "60-BO-801" dövlət seriya nişanlı iki "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə zamanı onlardan biri idarəetmədən çıxaraq yol kənarında olan piyada, 1960-cı il təvəllüdlü Afərin Xəlil qızı Həsənovanı vurub. Nəticədə o, ağır xəsarət alıb. A.Həsənova xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi