Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 Yanvar , 2021 03:53
Goranboyda iki avtomobil toqquşub, xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Ələkbərov Şükür İmran oğlu ağır bədən xəsarəti alıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyət ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona döş qəfəsinin küt travması, qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi