Goranboyda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - YENİLƏNİB Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Noyabr , 2019 18:33
Goranboyda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Hyundai” markalı avtomobillə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlardan beşinin şəxsiyyəti müəyyənləşdirilib. 

Onlar - Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983), Məmmədova Svetlana Yadulla qızı (1957), Əliyev Elnur Nəriman oğlu (1988) və Əliyeva Tamam Məmməd qızıdır (1960).

Yol-nəqliyyat hadisəsində xəsərat alanların üçü bir ailənin üzvüdür. 


17:42***

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya aparılıblar. Onların arasında vəziyyəti ağır olanlar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi