Yuxarı

Goranboyda yol qəzası nəticəsində xəsarət alan 16 tələbənin adları məlum olub - SİYAHI

, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən gənclərin adları məlum olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusda qəzaya düşənlərin adları məlum olub.

"Report"un məlumatına görə, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən gənclərin adları məlum olub:

Musayev Nəbi 1996 Bakı

Mirzəyeva Aidə 1996 Ağsu

Qurbanov Saleh 1996 Şəki

Həmidli Həmid 1992 Zərdab

İsmayılzadə Vüqar 1994 Tovuz

Bəhrəmiyyə Nərgiz 1996 Bərdə

Babakişiyev Toğrul 1995 Gəncə

Məmmədova Fərqanə 1990 Ağstafa

Paşayeva Könül 1994 Gəncə

Abbasova Könül 1993 Mingəçevir

Allaverdiyev Davud 1993 Goranboy

Abbasov Saleh 1967 Gəncə

Əhmədova Mahirə 1995 Gəncə

Qocayeva Zeynəb 1996 Qax

Seyidov Seyidəziz 1996 Şəki

Ağazadə Tofiq 1995 Yardımlı

Qeyd edək ki, Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 16 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, zərəçəkmişlərə tibbi yardım göstərilib və onların böyük əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, ali təhsil ocağına məxsus “Hyundai” Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Aqrar Universiteti bir müddət əvvəl axşam saatlarında dərsdən çıxan tələblərin mənzil başına çatdırılması üçün bir neçə avtobus ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi